Xəbərlər

“Drujba” vasitəsilə Slovakiya və Macarıstana neft nəqli dayandırılıb

“Drujba” kəməri ilə Slovakiyaya neft nəqli dayandırılıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Slovakiyanın “Pravda” xəbər portalı “Transpetrol” milli neft kəməri operatoruna istinadən məlumat yayıb.

Operator şirkətinin məlumatına görə, neftin nəqlinin dayandırılmasının səbəbi Slovakiya ərazisində yaranmayıb. Macarıstan da “Drujba” vasitəsilə enerji xammalı almır.

Slovakiyanın TA-3 telekanalı öz növbəsində bildirib ki, neftin nəqlində fasilələr Ukrayna Silahlı Qüvvələrinin Slovakiya və Macarıstana neft tədarük edilən “Drujba” yarımstansiyalarından birinə zərbə endirməsi ilə əlaqədar yaranıb.