Xəbərlər

Tramp: Putin və Zelenski arasında görüş üçün hazırlıqlara başladım

“Ukrayna prezidenti Vladimir Zelenski, Fransa prezidenti Emmanuel Makron, Finlandiya prezidenti Aleksandr Stubbs, İtaliyanın Baş naziri Giorgi Meloni, Böyük Britaniyanın Baş naziri Keir Starmer, Almaniya kansleri Fridrix Merz, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və NATO-nun baş katibi Mark Rutte də daxil olmaqla yüksək səviyyəli qonaqlarla çox məhsuldar görüş keçirdim”.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ prezidenti Tramp sosial şəbəkə hesabında yazıb.

“Görüş zamanı biz Ukrayna üçün müxtəlif Avropa ölkələri tərəfindən təmin ediləcək, ABŞ-la razılaşdırılan təhlükəsizlik təminatlarını müzakirə etdik. Hər kəs Rusiya ilə Ukrayna arasında sülhə nail olmanın mümkünlüyünə çox sevinir. Görüşlərdən sonra mən prezident Putinə zəng vurdum və prezident Putinlə prezident Zelenski arasında keçiriləcək görüşə hazırlaşmağa başladım. Görüşün üçtərəfli olacaq, yeri hələ müəyyənləşəcək”, – Tramp qeyd edib.