Xəbərlər

Zelenski: Ərazi məsələsi mənimlə Putin arasında müzakirə olunacaq

Ukrayna prezidenti Volodimir Zelenski ərazi məsələsinin onunla Russiya prezidenti Vladimir Putin arasında müzakirə olunacağını açıqlayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “RBC-Ukrayna” dövlət başçısının jurnalistlərlə söhbətinə istinadən məlumat yayıb.

Qeyd edək ki, bu gün axşam saatlarında Ağ Evdə ABŞ prezidenti Donald Tramp, Zelenski və Avropa liderləri arasında görüş baş tutub.

Ukrayna lideri daha sonra jurnalistlərə danışıb və bildirib ki, görüş zamanı ərazi məsələsi ilə bağlı “kifayət qədər uzun” söhbət olub. Xüsusilə, ABŞ-ın hazırladığı xəritədə vəziyyət birbaşa müzakirə edilib. Ukrayna tərəfində də eyni xəritə olub.

“RBC-Ukrayna”ya görə, Zelenski bildirib:

“Bu barədə uzun söhbətimiz oldu. Başa düşmək vacibdir ki, dövlətimizin bəzi hissələri, şərq hissəsi və Krım bir ordunun digərini sıxışdırmasına, yaxud digərinin geri çəkilməsinə görə itirilib. Məsələn, Krımda heç bir hərbi əməliyyat olmadığı üçün işğal olunub, ona görə də demək olmaz ki, bu və ya digər vaxtda bu qədər böyük bir hissə işğal olunub”.

O vurğulayıb ki, belə məqamlar kimisə günahlandırmaq üçün deyil, ABŞ prezidentinin orduların hansı real irəliləyiş əldə etdiyini və Ukrayna Silahlı Qüvvələrinin hansı gücə malik olduğunu anlaması üçün vacibdir.

Sonda Zelenski əlavə edib ki, ərazi məsələsi onunla Putin arasında müzakirə olunacaq.