Xəbərlər

Lavrov: Tramp və komandası Ukrayna münaqişəsinin həllinə daha dərindən yanaşmağa başlayıblar

“ABŞ prezidenti Donald Tramp və komandası Alyaskada keçirilən Rusiya-ABŞ sammitindən sonra Ukrayna nizamlanmasına daha dərindən yanaşmağa başlayıb”.

“Füyuzat”ın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rossiya-24” telekanalına müsahibəsində deyib.

“Tramp və komandası, xüsusən də Alyaskadakı görüşdən sonra Ukraynadakı böhranın həllinə daha dərindən yanaşırlar”, – o qeyd edib.