“ABŞ İranın nüvə obyektlərini bombalamasaydı, Tehran dörd həftə ərzində nüvə silahı hazırlaya bilərdi”.
“Füyuzat”ın məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp deyib.
ABŞ prezidenti avqustun 19-da amerikalı jurnalist Mark Levinə müsahibəsində İranın nüvə obyektlərinə iyunda endirilən zərbələri şərh edib: “Yeri gəlmişkən, məncə, onların dörd həftə ərzində nüvə silahı olacaqdı”.
Amerika prezidenti həm özünü, həm də İsrailin Baş naziri Benyamin Netanyahunu “müharibə qəhrəmanı” adlandırıb: “Netanyahu müharibə qəhrəmanıdır, çünki biz birlikdə işləyirik. O, müharibə qəhrəmanıdır. Deyəsən, mən də beləyəm. Heç kimin vecinə deyil, amma mən də varam. Yəni, o təyyarələri (İranın nüvə obyektlərini bombalamaq üçün mən göndərmişəm”.



