Xəbərlər

Ərdoğan və Putin arasında telefon danışığı olub

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

“Füyuzat”ın məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Verilən məlumata görə, onlar Ukrayna barədə son baş verənləri müzakirə ediblər.

Qeyd edilib ki, Rusiya tərəfi Ankaranın Rusiya və Ukrayna nümayəndələri arasında İstanbulda danışıqların təşkilində göstərdiyi yardımdan məmnunluğunu ifadə edib.

Bundan əlavə, liderlər ikitərəfli gündəlikdəki cari məsələlərə, o cümlədən ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi perspektivlərinə toxunublar.

İki siyasi xadim şəxsi təmasları davam etdirmək barədə razılığa gəliblər.