Təbiətin ən heyrətamiz canlılarından biri olan Monarx kəpənəkləri, əsasən, Şimali Amerikada yaşayır. Bu kəpənəklər ilin müəyyən dönəmində minlərlə kilometr yol qət edərək Meksikadakı isti bölgələrə miqrasiya edirlər.
Monarx kəpənəyinin həyat dövrü 4 mərhələdən ibarətdir: yumurta, tırtıl, pup mərhələsi və yetkin kəpənək.
Bu kəpənəklərin tırtılları zəhərli subaldırğanı bitkisi ilə qidalanırlar. Qeyd edək ki, bu bitki son dərəcə zəhərlidir. Lakin tırtılların subaldırğanının zəhərinə qarşı immunitetləri var. Bir çox heyvan subaldırğanıdan uzaq durduğu zaman Monarx kəpənəkləri onun yarpaqların hamısını yeyə bilirlər. Bundan başqa, onlar bundan zəhərdən müdafiə vasitəsi olaraq da istifadə edirlər. Monarx tırtılları başqa kəpənəklərdən fərqli olaraq çox parlaq rənglərə sahibdirlər. Bu, onların düşmənləri üçün bir xəbərdarlıqdır və onlara tırtılların yeyilməyəcək xüsusiyyətə sahib olduğunu göstərir. Tırtıllar kəpənəklərə çevridikdə də bu zəhər molekulları dəyişmədən və çox güclü bir şəkildə bədənlərində qalır. Bu da kəpənəklərin çox gözəl şəkildə müdafiə olunmasına şərait yaradır.
Monarx kəpənəkləri təkcə estetik gözəllikləri ilə deyil, həm də ekosistemlərdəki tozlaşma prosesi üçün də əhəmiyyətlidirlər. Amma təəssüf ki, iqlim dəyişikliyi, pestisidlərin istifadəsi və süd otlarının azalması onların sayını kəskin şəkildə azaldır. Bu səbəbdən bir çox ölkələrdə onlar qorunmağa alınır və xüsusi proqramlarla dəstəklənirlər.
Ləman Vahid



