Xəbərlər

NATO-nun növbəti sammiti Türkiyədə keçiriləcək

NATO-nun baş katibi Mark Rutte Şimali Atlantika Alyansının (NATO) 2026-cı il sammitinin 7-8 iyul tarixlərində Ankarada keçiriləcəyini açıqlayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

“Türkiyəyə bu mühüm toplantıya ev sahibliyi etdiyi üçün təşəkkür etmək istərdim. Türkiyə 70 ildən artıqdır ki, NATO-nun sadiq müttəfiqi olub, ümumi təhlükəsizliyimizə əvəzsiz töhfələr verib”, – o əlavə edib.

Qeyd edək ki, Türkiyə 2004-cü ildə İstanbulda keçirilən sammitdən sonra ikinci dəfə NATO sammitinə ev sahibliyi edəcək.