Xəbərlər

KİV: Avropa ölkələri Rumıniyaya ABŞ qırıcılarının yerləşdirilməsini istəyir

Avropa ölkələri ABŞ prezidenti Donald Trampdan Ukraynaya təhlükəsizlik zəmanəti çərçivəsində Rumıniyaya Amerika qırıcıları yerləşdirməsini istəyir.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Times” qəzeti məlumat yayıb.

“Avropanın yüksək səviyyəli hərbi liderləri Rusiyanın ikinci dəfə işğala başlamaq ehtimalının qarşısını almaq üçün NATO-nun Rumıniyada yerləşən Avropadakı ən böyük aviabazasına Amerika F-35 qırıcılarının yerləşdirilməsini müzakirə edirlər”, – məlumatda qeyd olunub.

Verilən məlumata görə, bu məsələ ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keynin Böyük Britaniya, Almaniya, Fransa, Finlandiya və İtaliyanın hərbi rəhbərləri ilə görüşündə müzakirə olunub.