“Ermənistan hökuməti Azərbaycanla sülh sazişinin paraflanmasından sonra 2026-cı il üçün hərbi büdcəni artırmaq niyyətində deyil”.
“Füyuzat”ın məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“2026-cı ilin dövlət büdcəsində müdafiə xərclərinin əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulmayacaq”, – o qeyd edib.
Qeyd edək ki, Ermənistanın 2025-ci il büdcəsində müdafiə xərcləri 1,7 milyard dollardan çox olub.



