Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə telefonla danışıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.
“Qriqoryan həmsöhbətinə avqustun 8-də Vaşinqtonda Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi çərçivəsində əldə edilmiş razılaşmaları təqdim edib və əmin olduğunu bildirib ki, bölgədə bütün region ölkələrinin maraqlarına cavab verən sülh artıq bərqərar olub”, – məlumatda qeyd olunub.



