Belçika ABŞ-dan daha 11 ədəd F-35 döyüş təyyarəsi, sualtı qayıq əleyhinə freqat və bir çox müxtəlif tipli pilotsuz uçuş aparatları (PUA) alacaq.
“Füyuzat”ın məlumatına görə, bu barədə Belçika Müdafiə Nazirliyindən bildirilib.
“Silahlı Qüvvələrin hava komponenti üçün ABŞ-dan əlavə 11 ədəd F-35 təyyarəsi, dəniz komponenti üçün sualtılar əleyhinə freqat və logistika dəstək gəmisi alınacaq”, – məlumatda qeyd olunub.
Bundan əlavə, Belçika Müdafiə Nazirliyi müxtəlif təyinatlı onlarla dəniz və hava pilotsuz təyyarəsini istifadəyə vermək, həmçinin “süni intellekt sistemlərinin tətbiqinin genişləndirilməsi, kibertəhlükəsizlik və kosmik kəşfiyyata” sərmayə yatırmaq niyyətindədir.



