Xəbərlər

Belçika 2035-ci ilə qədər hərbi ehtiyaclar üçün 140 milyard avro ayıracaq

Belçika 2035-ci ilə qədər hərbi ehtiyaclar üçün 140 milyard avro ayırmaq niyyətindədir ki, bunun da 34 milyard avrosu yeni silahların, o cümlədən təyyarələrin, gəmilərin və pilotsuz sistemlərin əldə edilməsinə sərf olunacaq.

“Füyuzat”ın məlumatına görə, bu barədə Belçika Müdafiə Nazirliyindən bildirilib.

“2035-ci ilə qədər olan dövr üçün müdafiə ehtiyaclarına görə 140 milyard avro ayrılacaq. Yeni hərbi potensialın əldə edilməsinə isə 34 milyard avro ayrılacaq”, – məlumatda qeyd olunub.