Xəbərlər

BMT Baş katibinin müşaviri Netanyahuya müraciət ünvanlayıb

“İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağında hərbi əməliyyatları dayandırmalı və humanitar təşkilatlara lazımi həcmdə ərzaq və humanitar yardımların çatdırılmasını bərpa etməyə icazə verməlidir”.

“Füyuzat”ın məlumatına görə, bunu BMT baş katibinin humanitar məsələlər üzrə müavini Tom Fletçer Cenevrədə keçirdiyi brifinqdə deyib.

“Humanitar təşkilatlar Fələstin anklavına lazımi həcmdə yardım çatdıra bilsəydilər, Qəzza zolağında aclığın qarşısını almaq olardı. Mənim xahişim, Baş nazir Netanyahuyadır. Bəsdir artıq. Atəşi dayandırın. Şimalda və cənubda bütün nəzarət-buraxılış məntəqələrini açın. Bizə ərzaq və digər zəruri əşyaları sərbəst və lazımi həcmdə çatdırmağa icazə verin”, – baş katibin müavini vurğulayıb.