Xəbərlər

Dünyanın ən nəhəng çiçəyi – Rafflesia

Dünyanın ən böyük çiçəyi kimi tanınan və Güney Asiyadakı meşələrdə nadir yetişən Rafflesia çiçəyi.

Bu bitkinin yeganə görünən hissəsi çiçəyidir, lakin çox vaxt çiçək açmadıqları üçün onları İndoneziya, Malayziya, Bruney, Filippin və Taylanddakı ucqar cəngəlliklərdə tapmaq olduqca çətin olur.

Rafflesia çiçəyi 1818-ci ildə İndoneziyanın yağış meşələrində təbiətşünas Cozef Arnold tərəfindən tapılıb. Çiçəyin adı da onu ilk dəfə tapan zabit Rafflz və botanik Arnoldun adı ilə bağlıdır. Yerli əhali bu çiçəyi “lotos çiçəyi” adlandırır. Bu çiçəklər İndoneziyanın rəsmi milli çiçəklərindən biri kimi tanınır.

Rafflesia çiçəyinin 40-dan çox növün olduğu düşünülür və onların hamısının, demək olar ki, böyük çiçəkləri var. Ən kiçik çiçək yemək boşqabının ölçüsü boydadır. Bu çiçəyin diametri 1 metrdən çox və potensial çəkisi 10 kq-dan çoxdur. Çiçək bu qədər böyük olsa da, 6–9 ay ərzində inkişaf etsə də, ömrü çox azdı. Rafflesia çiçəyi cəmi 1 həftə, bəzən də daha az yaşaya bilir. Sonra isə solur və qara kül rənginə bənzər hal alır, daha sonra torpağa qarışaraq çürüyüb gedir.

Bütün Rafflesia növlərinin çiçəkləri ağ və ya solğun ləkələrlə kərpic-qırmızı rəngli xallı çalarlardadır. Çiçəyin 5 iri ləçəyi var.

Qəribəsi odur ki, onların nəinki yarpaqları və ya gövdələri, hətta kökləri də yoxdur. Əvəzində isə su və qida maddələrini əldə etmək üçün haustoria kimi tanınan kökə bənzər strukturlara malikdirlər. Bunun səbəbi bitkinin yüksək ixtisaslaşmış parazit qabiliyyətinə malik olmasıdır. Rafflesia endoparazitar holoparazitdir: yaşamaq üçün sahib bitkinin içərisində ağac süfrəsi formada yayılır və yalnız çiçək açıldığı zaman görünür.

Çiçəklər ətrafa hədsiz dərəcədə pis qoxu ifraz edirlər. Bu iy həşəratları özlərinə cəlb edir, nəticədə tozlanma prosesi baş verir ki, bu da bitkilərin yayılmasına səbəb olur.

Qeyd edək ki, bu çiçəklərin nəsli kəsilmək üzrədir. Buna görə də mövcud növləri qorunur.

Ləman Vahid