Xəbərlər

Merz: Almaniya yeni ticarət tərəfdaşları tapmalıdır

“Almaniya ABŞ və Avropa İttifaqı (Aİ) arasındakı ticarət razılaşmasından kənara çıxmalı və yaxın illərdə yeni ticarət tərəfdaşları tapmalıdır”.

“Füyuzat”ın məlumatına görə, bunu Almaniya kansleri Fridrix Merz bildirib.

“Məsələn, amerikalılar artıq Ümumdünya Ticarət Təşkilatının qaydaları ilə oynamağa hazır deyillərsə, biz qlobal ticarəti necə idarə edə bilərik? Ona görə də bizim fikirlərimizi bölüşən tərəfdaşlar axtarmalıyıq”, – o vurğulayıb.