Xəbərlər

İsveç Ukraynaya 79 milyon dollar dəyərində vəsait ayıracaq

İsveç hökuməti Ukraynanın dövlət büdcəsindəki maliyyə çatışmazlığını ödəmək üçün əlavə 750 milyon kron dəyərində vəsait (79 milyon dollar) ayırmaq qərarına gəlib.

“Füyuzat”ın məlumatına görə, bu barədə İsveçin xarici ticarət və beynəlxalq inkişaf üzrə əməkdaşlıq naziri Benjamin Dusa bildirib.

“Hökumət Avropa Dəstəyi Fondu vasitəsilə Ukraynaya əlavə büdcə dəstəyinin bir hissəsi kimi 2025-ci il üçün 750 milyon kron dəyərində vəsait ayrılmasına dair Avrop İttifaqı (Aİ) ilə yeni saziş bağlamaq qərarına gəlib. Bu yardım Ukrayna dövlət büdcəsindəki maliyyə boşluğunu doldurmağa kömək edəcək.

Yeni sazişlə İsveç Aİ-də Ukraynaya Avropa Dəstək Fondu vasitəsilə Ukraynanın dövlət büdcəsini gücləndirmək üçün əlavə vəsait ayıran ilk ölkə oldu. İqtisadi sabitlik Ukraynanın maaş və pensiyaları ödəməyə davam edə bilməsi, həmçinin səhiyyə, məktəblər və sosial xidmətlərin fəaliyyətini təmin etmək üçün ilkin şərtdir”, – o əlavə edib.