Xəbərlər

İranlı səfir: Rusiya qazının tezliklə Azərbaycan üzərindən tədarükünə başlanılacaq

“İran yaxın gələcəkdə Azərbaycan üzərindən Rusiya qazının nəqlinə başlaya biləcəyinə ümid edir, çünki “Qazprom”la bağlı demək olar ki, bütün məsələlər artıq həll olunub”.

“Füyuzat”ın məlumatına görə, bunu İran İslam Respublikasının Moskvadakı səfiri Kazem Cəlali deyib.

“Ümid edirik ki, bu, yaxın vaxtlarda baş verəcək. Hazırda “Qazprom”la danışıqlar aparırıq və demək olar ki, bütün məsələlər artıq həll olunub. Amma qiymətlə bağlı ümumi dil tapmaq lazımdır. Əgər bu məsələ də həll olunarsa, o zaman hər şey qaydasına düşəcək”, – o əlavə edib.