Xəbərlər

Gürcüstan 22 əcnəbini deportasiya edib

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin əməkdaşları Rusiya vətəndaşları da daxil olmaqla 22 əcnəbini deportasiya edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə idarənin mətbuat xidmətindən məlumat verilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, son günlər həyata keçirilən tədbirlər nəticəsində Gürcüstandan Misir, Hindistan, İordaniya, İran, Keniya, Rusiya, Suriya, Türkiyə, Türkmənistan və Pakistan vətəndaşları çıxarılıb.

Qeyd edək ki, deportasiya edilmiş şəxslərin respublikaya gəlməsi qadağandır.