ABŞ prezidenti Donald Trampın Hindistandan idxal edilən mallara rüsumları ikiqat artırmaq qərarı qüvvəyə minib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Qeyd edək ki, bu, dünyanın ən böyük iqtisadiyyatlarından ikisi arasında gərginliyin artmasına səbəb olub.
Verilən məlumata görə, qərar ABŞ-ın tətbiq etdiyi ən yüksək tariflərdən biridir və Braziliya və Çinə tətbiq etdiyi tariflərlə müqayisə oluna bilər.



