Xəbərlər

Danimarka ABŞ diplomatını Xarici İşlər Nazirliyinə çağırıb

Danimarka ən azı üç ABŞ vətəndaşının Qrenlandiyada adanın ABŞ-a qoşulması üçün kampaniya aparması ilə bağlı iddialardan sonra ABŞ-ın Qrenlandiyadakı yüksək səviyyəli diplomatik nümayəndəsi, müvəqqəti işlər vəkili Mark Strohu Xarici İşlər Nazirliyinə çağırıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen məlumat yayıb.

“Krallığın (Danimarka) daxili işlərinə hər hansı müdaxilə cəhdi, əlbəttə ki, qəbuledilməzdir”, – nazir bildirib.

Ağ Evdən məsələ ilə bağlı heç bir açıqlama verilməyib. ABŞ-ın Kopenhagendəki səfirliyi isə ABŞ hökumət rəsmilərindən birinin aşağıdakı bəyanatını çatdırıb:

“Birləşmiş Ştatlar Qrenlandiya xalqının öz müqəddəratını təyinetmə hüququna hörmət edir. Birləşmiş Ştatlar Qrenlandiya vətəndaşlarının düşüncə və fəaliyyətinə nəzarət etmir”, – məlumatda qeyd olunub.