Xəbərlər

Qəzzada daha 10 nəfər aclıqdan ölüb

İsrailin hücumları və blokadası səbəbiylə aclığın yaşandığı Qəzza zolağında son 24 saatda ikisi uşaq olmaqla daha 10 nəfər aclıqdan ölüb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Fələstin Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd edək ki, 2023-cü il oktyabrın 7-dən etibarən Qəzzada aclıqdan ölənlərin sayı 119-u uşaq olmaqla 313 nəfərə yüksəlib.