Xəbərlər

KİV: Ukraynada minalanmış sahələr İngiltərənin ərazisindən daha böyükdür

“Ukrayna hazırda dünyanın ən çox minalanmış ölkələrindən biridir: ərazisinin təxminən dörddə biri, İngiltərədən də böyük ərazi minalıdır”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “The Guardian” məlumat yayıb.

“Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, irimiqyaslı işğalın başlanmasından indiyədək mina və digər partlayıcıların qalıqları nəticəsində 1000-ə yaxın insan yaralanıb, 359 nəfər həlak olub”, – məlumatda qeyd olunub.