Xəbərlər

Millət vəkili Azər Allahverənov “Füyuzat” jurnalının qonağı olub

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, fəlsəfə doktoru Azər Allahverənov “Füyuzat” jurnalının qonağı olub.

Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun icraçı direktoru Pərviz Əmirov, “Füyuzat” jurnalının məsul redaktoru Samir Ramizoğlu və STM-in sektor müdiri, “FÜYUZAT tv”nin aparıcısı Tural İsmayılov qonaqla görüş keçirib.

Görüş zamanı Azərbaycanda ictimai-siyasi fikrin formalaşmasında medianın rolundan, tarixi və milli dəyərlərimizin təbliğindən danışılıb. Eyni zamanda, Azərbaycanın dəyişən geosiyasi və qlobal proseslərdə iştirakı, dövlətimizin xarici siyasətdə əldə etdiyi uğurlara toxunulub.

Bundan başqa, MİMTA Fondunun yaranmasından və həyata keçirdiyi layihələrdən, eyni zamanda “Füyuzat” jurnalı, onun tarixi və bugünkü fəaliyyətindən bəhs edilib. “Füyuzat” irsinin dünən və bu gün etibarilə dövlətimizin hər zaman yanında olduğu qeyd edilib. Bundan sonrakı hədəf və məqsədlər, MİMTA Fondunun milli dəyərlərin təbliği istiqamətində atılacaq addımlarından danışılıb.

Qeyd edək ki, görüş zamanı qonağa 1914–1916-cı illərdə nəşr olunan “Dirilik” məcmuəsinin transliterasiya edilmiş toplusu hədiyyə olunub.

Öz növbəsində millət vəkili MİMTA Fonduna, “Füyuzat” jurnalına və “FÜYUZAT tv”yə fəaliyyətində uğurlar arzulayıb, səmimi söhbət və qonaqpərvərliyə görə təşəkkür ediblər.