Xəbərlər

Özbəkistanın əhalisi 38 milyon nəfərə çatıb

Özbəkistan əhalisinin sayı 38 milyon nəfərə çatıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Respublika Statistika Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, Daşkənd vaxtı ilə saat 09:35-ə (Bakı vaxtı ilə 08:35) respublika vətəndaşlarının sayı 38 milyon nəfəri ötüb. Ölkədə kişilərin sayı 19 136 800 nəfər, qadınların sayı isə 18 863 200 nəfərdir.

Ölkə əhalisinin 2030-cu ildə 41 milyonu, 2040-cı ildə 46 milyonu, 2050-ci ildə isə 50 milyonu keçəcəyi gözlənilir.

Komitənin məlumatına görə, 1991-ci ildə Özbəkistanın əhalisi 20,6 milyon nəfər olub.