Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 31-dən sentyabrın 1-dək Çin Xalq Respublikasında keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının sammitində və sentyabrın 3-də Çinin Yaponiya üzərində qələbəsinin 80 illiyinə həsr olunmuş hərbi paradda iştirak edəcək.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Qeyd edilib ki, Baş nazirin Yaponiyaya səfər etməsi ehtimalı da var. Bu barədə dəqiq məlumat bir neçə günə veriləcək.



