İslandiya istisna olmaqla, NATO ölkələrinin müdafiə xərcləri bu il ÜDM-in 2%-ni təşkil edəcək.
“Füyuzat”ın məlumatına görə, bu barədə NATO-ya üzv ölkələrin müdafiə xərclərinə dair hesabatında qeyd olunub.
Verilən məlumata görə, alyansın ümumi müdafiə büdcəsi 1,4 trilyon dollar həcmində qiymətləndirilir.
2025-ci ildə müdafiə xərclərinin 15,9% artacağı gözlənilir. Alyans ölkələrinin hərbi büdcələri 2014-cü ildən bəri ardıcıl olaraq artır. Bu müddət ərzində müdafiə büdcəsinin daha yüksək artım templəri yalnız 2024-cü ildə (18,6%) müşahidə olunub.



