Türkiyənin müdafiə naziri Yaşar Gülər Ankarada Ukrayna Təhlükəsizlik Şurasının katibi Rüstəm Umerovu qəbul edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Cümə axşamı baş tutan danışıqların təfərrüatları barədə məlumat verilməyib. Türkiyə mətbuatı xəbər verir ki, tərəflər Umerovun ABŞ-a səfəri ərəfəsində Ukraynanın təhlükəsizlik təminatı ilə bağlı məsələləri müzakirə ediblər.
Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidan da Umerovla danışıqlar aparıb. Ancaq bu görüş barədə də heç bir təfərrüat verilməyib.



