Xəbərlər

Portuqaliya prezidenti: Tramp rus agentidir

“Amerika prezidenti Donald Tramp hazırda Ukraynaya qarşı müharibədə Rusiya Federasiyasına dəstək verən “sovet agenti” kimi çıxış edir”.

“Füyuzat”ın məlumatına görə, bunu Portuqaliya prezidenti Marcelo Rebelo de Sousa deyib.

“Dünyanın ən böyük fövqəldövlətinin lideri sanki sovet və ya rus agentidir. O, agent kimi fəaliyyət göstərir. Obyektiv desək, yeni Amerika rəhbərliyi strateji baxımdan Rusiya Federasiyasına üstünlük verir. Tramp həm Ukrayna, həm də Avropanı istisna etməklə, yalnız bir tərəflə danışıqlar aparmaq istəyir”, – o əlavə edib.