Xəbərlər

Kreml: Putin Zelenski ilə görüş ehtimalını istisna etmir

“Rusiya prezidenti Vladimir Putin Ukrayna prezidenti Volodimir Zelenski ilə görüş ehtimalını istisna etmir”.

“Füyuzat”ın məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Rusiya prezidenti hesab edir ki, ən yüksək səviyyədə istənilən görüş yaxşı hazırlanmalıdır. Biz hələ ki, ekspertlər səviyyəsində işin tam sürətlə getdiyini deyə bilmərik. Rusiyanın nizamlanma ilə bağlı bütün mövqeləri yazılı şəkildə Ukrayna tərəfinə çatdırılıb. Kreml Putinlə Trampın Alyaskadakı söhbətinin bütün təfərrüatlarını bilərəkdən açıqlamır”, – o əlavə edib.