Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş baş tutub.
“Füyuzat”ın məlumatına görə, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Həmsöhbətlər regionda sabitliyin və sülhün bərqərar olmasına yönəlmiş addımların vacibliyini vurğulayıblar.
Siyasi xadimlər qarşılıqlı etimad mühitinin yaradılması və regional kommunikasiyaların inkişafı üçün konstruktiv yanaşmaların davam etdirilməsinin əhəmiyyətini qeyd ediblər.
Sonda tərəflər dialoqu davam etdirmək barədə razılığa gəliblər.



