Xəbərlər

Avropa liderləri Parisdə toplanır, Ukraynaya qoşun yeritmək üçün plan hazırlanır

“Ukrayna ərazisinə qoşun yeritmək üçün aydın yol xəritəsi var”.

“Füyuzat”ın məlumatına görə, bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen “Financial Times”a müsahibəsində bildirib.

“Təhlükəsizlik zəmanətləri hər şeydən vacibdir və mütləq lazımdır. Biz Ağ Evlə razılığa gəldik, bu istiqamətdə işlər çox yaxşı gedir”.

“ABŞ prezidenti Donald Tramp avropalıları əmin edib ki, dəstəyin bir hissəsi olaraq Amerika da bu planda iştirak edəcək. Qoşunlara Avropa ölkələrinin komandanlığı altında olan on minlərlə əsgər daxil ola bilər ki, onlar ABŞ-ın köməyi, o cümlədən komandanlıq və nəzarət sistemləri, həmçinin kəşfiyyat və müşahidə imkanları ilə təmin olunacaq”, – nəşr məlumat yayıb

Qeyd edilib ki, sentyabrın 4-də Parisdə Böyük Britaniya, Fransa və Almaniya liderlərinin, həmçinin Aİ və NATO rəhbərlərinin iştirakı ilə Ukrayna üçün təhlükəsizlik təminatlarının müzakirə olunacağı görüşün keçirilməsi gözlənilir.