Bu gün Modern.az xəbər agentliyinin yaranma günüdür.
“Füyuzat”ın məlumatına görə, saytın fəaliyyətə başlamasından 16 il ötür.
Modern.az portalı 2009-cu il sentyabrın 1-də yaradılıb. Fərqli təqdimatları, özünəməxsus layihələri, müsahibə və araşdırmaları ilə populyarlıq qazanan portal həm də gündəlik və operativ xəbər istehsalı ilə məşğuldur.
Modern.az-ın Azərbaycanda və dünyada baş verən hadisələrə qərəzsiz, obyektiv yanaşması, bitərəf mövqeyi oxucu auditoriyası tərəfindən rəğbətlə qarşılanır. Sayt tək Azərbaycanda deyil, ölkə xaricində yaşayan soydaşlarımız tərəfindən də izlənilən xəbər istehsalçısına çevrilib.
Xəbər Agentliyinin təsisçisi və baş direktoru Elşad Eyvazlıdır.
“Füyuzat” ailəsi olaraq Modern.az əməkdaşlarını təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayırıq!



