Husilər onların nəzarətində olan ərazini idarə etmək üçün yaradılmış hökumətin 11 üzvünün öldüyünü təsdiqləyib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Səba” xəbər agentliyi məlumat yayıb.
Verilən məlumata görə, avqustun 28-də İsrailin Yəmənin paytaxtı Sənaya endirdiyi hava hücumunda ədliyyə naziri Mücahid Əhməd, iqtisadiyyat naziri Muin əl-Mahakri, kənd təsərrüfatı naziri Radvan ər-Rubai, xarici işlər naziri Camal Amer, energetika naziri Əli Həsən, mədəniyyət naziri Əli əl-Yəfai, əmək naziri Samir Bajala, informasiya naziri Həşəmməd Şərəf həlak olub.



