Xəbərlər

Ukrayna 12 illik məktəb təhsil sistemini tətbiq edəcək

“Ukraynada məktəblərdə 12 illik təhsilin tətbiqi üzrə eksperiment bu il sentyabrın 1-dən başlayacaq”.

“Füyuzat”ın məlumatına görə, bunu Ali Radanın Təhsil Komitəsinin rəhbəri Sergey Babak deyib.

“12 illik məktəbin tətbiqi üzrə pilot layihə sentyabrın 1-dən başlayacaq. Pilot layihə 2027-ci il sentyabrın 1-dək davam edəcək. Bu, orta ixtisas təhsili üzrə yeni dövlət standartının tətbiqi və 12 illik təhsil sisteminə keçidə hazırlıq istiqamətində ilk addımdır”, – o bildirib.