“Türkmənistan ŞƏT ölkələrinə təbii qaz tədarükünü artırmağa hazırdır”.
“Füyuzat”ın məlumatına görə, bunu Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov deyib.
“Biz enerji sektorunda daha sıx əməkdaşlığın tərəfdarıyıq. Türkmənistan ŞƏT ölkələrinə təbii qaz nəqlinin həcmini artırmağa hazırdır.
Biz elektrik enerjisi təchizatının praktiki aspektlərinin müzakirəsinə, istiqamətlərin və həcmlərin genişləndirilməsinə də açığıq. Ümumiyyətlə, biz elektrik enerjisi sənayesini ŞƏT ilə əməkdaşlığın prioritetlərindən biri hesab edirik”, – o qeyd edib.



