Türkiyə Xarici İşlər Nazirliyi (XİN) ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı bəyanat yayıb və qərarı alqışlayıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyə XİN-in bəyanatında qeyd olunub.
“Biz ATƏT Nazirlər Şurasının 2025-ci il sentyabrın 1-də Minsk qrupunun bağlanması və onun strukturlarının ləğvi ilə bağlı qəbul etdiyi qərarı alqışlayırıq. Bu, iki ölkənin, Ermənistan və Azərbaycanın birgə səyləri nəticəsində mümkün olan tarixi qərardır və iki ölkə arasında sülh prosesində ən mühüm hadisələrdən biridir”, – məlumatda bildirilib.



