Xəbərlər

Papikyan İran səfiri ilə son regional hadisələri müzakirə edib

Ermənistan Respublikasının müdafiə naziri Suren Papikyan İran İslam Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sobhanini Ermənistan Respublikasında diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

“Füyuzat”ın məlumatına görə, nazir səfirin Ermənistan-İran əlaqələrinin möhkəmlənməsinə verdiyi töhfəni yüksək qiymətləndirib və birgə səmərəli fəaliyyətə və bunun nəticəsində əldə edilmiş mühüm nailiyyətlərə görə təşəkkürünü bildirib.

Görüş zamanı ikitərəfli gündəliyə aid məsələlər, o cümlədən regional və beynəlxalq təhlükəsizliklə bağlı son hadisələr müzakirə olunub.

Görüşün sonunda müdafiə naziri Suren Papikyan səfiri səmərəli əməkdaşlığa görə departament medalı ilə təltif edib.