“Birləşmiş Ştatlar əvvəllər kosmos yarışında Rusiya və Çindən xeyli geri qalırdı, lakin indi liderlik edir”.
“Füyuzat”ın məlumatına görə, bunu Amerika prezidenti Donald Tramp deyib.
“Bilirsiniz, biz kosmos yarışında Çin və Rusiyaya çox pis uduzurduq, lakin indi kosmosda birinci yerdəyik.
Biz indi Amerikanın kosmosdakı aktivlərini qorumaq və vətənimiz üçün hər hansı təhlükəni aşkar etmək missiyası ilə Kosmik Komandanlığı bərpa edirik”, – Amerika prezidenti əlavə edib.



