Xəbərlər

Böyük Britaniyanın müdafiə naziri elan olunmamış səfərlə Kiyevə gəlib

Böyük Britaniyanın müdafiə naziri Con Healey Rammstein formatında növbəti görüşə hazırlıq məsələlərini müzakirə etmək üçün elan olunmamış səfərlə Kiyevə gəlib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ukraynanın müdafiə naziri Denis Şmıqal “Telegram” kanalında məlumat verib.

“Görüş zamanı biz Londonda baş tutacaq Rammstein formatında qarşıdakı görüşün əsas məsələlərini və birgə müdafiə layihələrini əlaqələndirəcəyik. Biz ölkələrimizin müdafiə qabiliyyətini gücləndirəcək mühüm ikitərəfli qərarlar hazırlayırıq”, – o qeyd edib.