Xəbərlər

Çexiya Almaniyadan 1,4 milyard avroluq tanklar alacaq

Çexiya hökuməti hərbi modernləşmə proqramı çərçivəsində Almaniyadan 1,4 milyard avroya 44 ədəd “Leopard 2A8” döyüş tankının alınmasına dair müqaviləni təsdiqləyib.

“Füyuzat”ın məlumatına görə, qərar ölkənin müdafiə nazirliyinin ötən ay sazişi təsdiqləməsindən sonra verilib.

Çexiyanın müdafiə naziri Jana Çernoxova bildirib ki, 2028-2031-ci illər arasında təhvil verilməsi planlaşdırılan tanklar büdcəyə 34 milyard krona (1,4 milyard avro) başa gələcək.