Xəbərlər

Rutte: NATO Ukraynada münaqişə bitdikdən sonra Rusiya ilə qarşıdurmada olacaq

“Şimali Atlantika Alyansı (NATO) Ukrayna böhranı bitdikdən sonra da Rusiya ilə qarşıdurmada olmağa davam edəcək”.

“Füyuzat”ın məlumatına görə, bunu NATO-nun baş katibi Mark Rutte Çexiyada keçirilən müdafiə forumunda çıxışı zamanı deyib.

“Rusiya təhlükəsi Ukraynadakı münaqişənin sona çatması ilə bitməyəcək. Avropa İttifaqı (Aİ) ölkələri hərbi istehsalı artırmağa davam etməli və Avropanın hərbiləşdirilməsinə daha çox pul xərcləməlidir. Alyans həm də Çindən gələn təhdidlərə də özünü hazırlamalıdır”, – Rutte vurğulayıb.