Xəbərlər

Tramp: Yaxın vaxtlarda Putinlə danışmağı planlaşdırıram

ABŞ prezidenti Donald Tramp yaxın vaxtlarda rusiyalı həmkarı Vladimir Putinlə danışmağı planlaşdırdığını bildirib.

“Füyuzat”ın məlumatına görə, o bunu Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.

Tramp əvvəllər Putinlə şəxsi münasibətləri yaxşı olduğuna görə Ukrayna böhranının həllinin onun üçün dünyanın digər silahlı münaqişələri ilə müqayisədə daha asan olacağına inandığını demişdi. Ancaq proses bunun daha çətin olduğunu sübut edir.

Xatırladaq ki, sentyabrın 4-də Parisdə “istəklilər koalisiyası”nın iclası təşkil olunub və burada digər məsələlərlə yanaşı, Ukrayna üçün təhlükəsizlik təminatları da müzakirə edilib.