2025-ci il sentyabrın 17-18-də Bakı Konqres Mərkəzində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2026-cı il üzrə qrant müsabiqələrinə dair infosessiya keçiriləcək.
“Füyuzat”ın məlumatına görə, bu barədə agentlik məlumat yayıb.
Qeyd edilib ki, infosessiyada Prezident Administrasiyasının və Agentliyin məsul şəxsləri iştirak edəcək.
İnfosessiyada iştirak etmək, müzakirələrə qatılmaq istəyən QHT nümayəndələrindən sentyabrın 14-dək bu blankı doldurmaqla qeydiyyatdan keçmək xahiş olunur:
https://docs.google.com/forms/d/e/1FAIpQLSeDRKWXSHvjgmG95Y7CvMOas-Nq-n-8EEieCt8yreXZ6QBGrw/viewform
Son qeydiyyat tarixi 14 sentyabr saat 23:59-dur. Agentlik tərəfindən müraciətlər sistemləşdiriləcək və görüş saatları barədə QHT-lərə məlumat veriləcək.



