“Ayrı-ayrı ölkələr tərəfindən açılan ticarət və tarif müharibələri qlobal iqtisadiyyatı əhəmiyyətli dərəcədə pozur”.
“Füyuzat”ın məlumatına görə, bunu Çin prezidenti Si Cinpin BRİCS-in onlayn sammitində deyib.
“Dünyadakı hazırkı dəyişikliklər inkişafı sürətləndirib, eyni zamanda hegemonizm, birtərəflilik və proteksionizm çiçəklənir. Ayrı-ayrı ölkələr bir-birinin ardınca ticarət və tarif müharibələrinə başlayırlar ki, bu da qlobal iqtisadiyyatı ciddi şəkildə pozur və beynəlxalq ticarət qaydalarına ciddi ziyan vurur”, – Çin lideri qeyd edib.



