Xəbərlər

Si Cinpin: Çin Aİ ilə qarşılıqlı etimadın gücləndirilməsinin tərəfdarıdır

“Çin və Avropa İttifaqı (Aİ) qeyri-müəyyən beynəlxalq vəziyyət şəraitində əlaqələri, qarşılıqlı etimadı gücləndirməli və əməkdaşlığı dərinləşdirməlidir”.

“Füyuzat”ın məlumatına görə, bunu Çinin prezidenti Si Cinpin deyib.

“Beynəlxalq vəziyyət nə qədər xaotik və mürəkkəb olarsa, Çin və Aİ əlaqələri, qarşılıqlı etimadı və əməkdaşlığı gücləndirməlidir. Ümid edirik ki, Portuqaliya Çin-Aİ tərəfdaşlığı mövqeyinə sadiq qalacaq və Çin-Aİ münasibətlərinin davamlı, sabit və sağlam inkişafına kömək edəcək”, – o əlavə edib.