“İsrailin Qətərin paytaxtına endirdiyi zərbələr onun Qəzza zolağında humanitar fəlakəti dayandırmaq istəmədiyini göstərir”.
“Füyuzat”ın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Son vaxtlardakı hadisələr xüsusilə qəzəbləndirir. Qətər Qəzza zolağında atəşkəs şərtləri ilə bağlı İsrail və HƏMAS arasında dolayı danışıqlarda əsas vasitəçilərdən biridir. Aydındır ki, israillilərin bu cür hərəkətləri yalnız sülh yolu ilə həll yollarının tapılması üçün beynəlxalq səylərin sarsıdılmasına gətirib çıxarır, Qəzzada və İordan çayının qərb sahilində görünməmiş humanitar fəlakəti dayandırmaq istəmədiyini, həmçinin Fələstin dövlətinin yaradılması ehtimalını sarsıtmaq istəyini nümayiş etdirir.
Əlbəttə, bu gün biz bu vəziyyəti dostlarımızla müzakirə edəcəyik və bu hərəkətin region üçün mənfi nəticələrini minimuma endirmək üçün birgə addımlar atmağa çalışacağıq. Rusiya Əməkdaşlıq Şurasına, burada iştirak edən həmkarlarımıza Şura formatında, Ərəb Dövlətləri Liqası formatında və mənim anladığım kimi, İslam Əməkdaşlıq Təşkilatı formatında kollektiv xəttin işlənib hazırlanmasında hər cür köməklik göstərməyə hazır olacaq”, – o əlavə edib.



