Lüksemburqun Baş naziri Luk Frieden və xarici işlər naziri Xavier Bettel parlament komitəsində ölkənin Fələstin dövlətini tanımaq niyyətində olduğunu bildiriblər.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Politico” məlumat yayıb.
Yerli KİV-in məlumatına görə, tanınma ilə bağlı yekun qərarın sentyabrın sonunda, BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək iclası zamanı veriləcəyi gözlənilir. Bu, Fransa və Belçika da daxil olmaqla bir sıra digər ölkələrlə razılaşdırılaraq baş tutacaq.
Beləliklə, Lüksemburq gələn həftədən etibarən Fələstin dövlətini tanımağı planlaşdıran Qərb ölkələrinin siyahısına qoşulacaq.



