Hindistanın şimalındakı Uttarxand əyalətinin Dehradun dağlıq bölgəsində son iki gündə yağan güclü musson yağışları və torpaq sürüşməsi nəticəsində azı 17 nəfər ölüb, 20-dən çox insan itkin düşüb.
“Füyuzat”ın məlumatına görə, bu barədə “The New Indian Express” yazır.
Qeyd edilib ki, təbii fəlakət Dehradunda nəqliyyat infrastrukturuna ciddi ziyan vurub, yaşayış binaları və otellər dağılıb. Güclü sel Rispana və Bindal çaylarındakı körpüləri aparıb, fırtınadan zərər çəkmiş əhaliyə yardımın göstərilməsini çətinləşdirib. Regionda məktəblər müvəqqəti bağlanıb, dövlət qurumlarının fəaliyyəti dayandırılıb.



