Xəbərlər

Çin: İsraildən Qəzzadakı hərbi əməliyyatı dərhal dayandırmağı tələb edirik

“Çin hakimiyyəti humanitar böhranın kəskinləşməsinin qarşısını almaq üçün İsraildən Qəzza zolağındakı hərbi əməliyyatı dərhal dayandırmağı tələb edir”.

“Füyuzat”ın məlumatına görə, bunu Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Li Cian deyib.

“Biz israr edirik ki, İsrail beynəlxalq ictimaiyyətin sərt çağırışlarına qulaq assın, Qəzzada hərbi əməliyyatını dərhal dayandırsın və daha da ciddi humanitar böhranın qarşısını almaq üçün mümkün qədər tez, hərtərəfli və davamlı atəşkəsə nail olsun”, – o əlavə edib.